UEFA Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya qarşı
Operativ Media
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Operativ Media xəbər verir ki, Azərbaycan təmsilçisi Ukraynanın "Dinamo" komandasını qonaq edəcək.
Matç saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Komandalar arasında baş tutan ilk qarşılaşma Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri "Dinamo" səddini keçərsə, “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net