Menyu

Sumqayıtda avtobus piyadanı vuraraq öldürüb

Sumqayıtda avtobus piyadanı vuraraq öldürüb

Sumqayıt ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Media" xəbər verir ki, hadisə şəhərin “Daş bazarı” adlanan ərazisində, Məhəmməd Əsədov küçəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 18-ci mikrorayon sakini 56 yaşlı Validə Sultanovanı, 17-ci mikrorayon sakini Pərviz Muradxanovun idarə etdiyi “İveco” markalı avtobus vurub.

56 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib. Sürücü polisə zəng vuraraq hadisəni törətdiyini etiraf edib və o saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər