Menyu

İndoneziyada 7,7 bal gücündə zəlzələ baş verib

Nicat Hüseynli
İndoneziyada 7,7 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Şərqi Nusa Tenqqara (NTT) əyalətində 7,7 bal gücündə güclü zəlzələ baş verib.

Operativ Media xəbər verir ki, bu barədə "JPNN" məlumat yayıb.

Zəlzələ Bakı vaxtı ilə saat 01:58-də qeydə alınıb. Yeraltı təkanlar Cənubi Sulavesi əyalətində də hiss olunub.

Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib. 

Episentr NTT əyalətinin Nagekeo rayonunun Mbay şəhərindən təxminən 36 kilometr şimal-şərqdə, 8,35 dərəcə cənub enliyi və 121,37 dərəcə şərq uzunluğunda qeydə alınıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər