Menyu

Kim Çen In Putinə təbrik məktubu göndərdi

Operativ Media
Kim Çen In Putinə təbrik məktubu göndərdi

Şimali Koreya lideri Kim Çen In ölkənin Yaponiya işğalından azad olunmasının 81-ci ildönümü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə göndərilən təbrik teleqramına cavab verib.

Operativ Media xəbər verir ki, Koreya Mərkəzi Telegraf Agentliyinin yayımladığı məlumata görə, Kim Çen In cavab teleqramında Qırmızı Ordunun ümumi düşmənlərə qarşı aparılan döyüşlərdə göstərdiyi qəhrəmanlıqların xalqlarının azadlıq tarixində silinməz izlər qoyduğunu vurğulayıb.

Pxenyan rəhbəri iki ölkə arasındakı münasibətlərin ədalət uğrunda birgə mübarizə ənənələrinə və dəyərli dostluğa əsaslandığını, bunun da gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaratdığını qeyd edib.

O, Vladimir Putinin rəhbərliyi altında Rusiya ordusunun və xalqının ölkənin suverenliyini, təhlükəsizlik maraqlarını və ərazi bütövlüyünü qoruyub saxlayacağına, həmçinin qüdrətli dövlət quruculuğu işini uğurla həyata keçirəcəyinə qəti əminliyini bildirib.

Sonda KXDR lideri Rusiya Prezidentinə möhkəm cansağlığı və fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər