Menyu

Müdafiə Nazirliyi general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

Operativ Media
Müdafiə Nazirliyi general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib
1 dəq oxu
Azərbaycan Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının keçmiş komandanı general-mayor Abbasəli Novruzovun vəfatı ilə bağlı başsalığı verib.

Operativ Media  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Müdafiə Nazirliyinin rəhbərliyi və kollektivi görkəmli dövlət xadimi, uzun müddət təhlükəsizlik orqanlarında və sərhəd qoşunlarında böyük xidmətləri olmuş istefada olan general-mayor Novruzov Abbasəli Ramazan oğlunun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir", - başsağlığında deyilir.

Qeyd edək ki, Sərhəd Qoşunlarının keçmiş komandanı general-mayor Abbasəli Novruzov bu gün vəfat edib.

Əlaqəli Xəbərlər