Menyu

ABŞ Kanada mallarına 50%-lik rüsumların tətbiqini 3 gün dayandırıb

Operativ Media
ABŞ Kanada mallarına 50%-lik rüsumların tətbiqini 3 gün dayandırıb

Birləşmiş Ştatlar Kanada mallarına tətbiq edilməsi nəzərdə tutulan 50 faizlik gömrük rüsumlarının tətbiqini üç günlük müddətə dayandırıb.

​Operativ Media xəbər verir ki, bu barədə avqustun 18-də ABŞ prezidenti Donald Tramp "Truth Social" platformasındakı paylaşımında bildirib. O qeyd edib ki, sənədlərin son razılaşdırılması mərhələsində tərəflər arasında ümumi anlaşma əldə olunub. Ağ Ev rəhbəri əlavə edib ki, əvvəlki administrasiya dövründə dayandırılmış "Keystone XL" neft kəməri layihəsi yenidən bərpa oluna bilər.

​Qeyd edək ki, "Politico" nəşrinin məlumatına görə, Vaşinqton Otatvadan Amerika istehsalı olan spirtli içkilərə tətbiq olunan qadağanın və avtomobillərə qarşı rüsumların ləğvini tələb edirdi. Öz növbəsində Kanada tərəfi də daxil olmaqla digər məhsullara qoyulan rüsumların azaldılmasına çalışıb. Yeni saziş layihəsi ABŞ prezidentinin tələblərinə uyğun olaraq süd məhsullarının idxal kvotaları üzrə müəyyən güzəştləri ehtiva edir.

​Xatırladaq ki, Alberta əyalətindən Texas və Luiziana ştatlarındakı emal müəssisələrinə gündəlik 800 min bareldən artıq neftin nəqlini nəzərdə tutan "Keystone XL" layihəsinin uzunluğu 1,9 min kilometr olmalı idi. Magistralın Alberta ştatının Hardisti şəhərindən Nebraska ştatının Stil-Siti şəhərinə qədər çəkilməsi planlaşdırılırdı.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər