Rodri: "Barselona"da oynamaq mənim üçün bir xəyaldır"
Operativ Media
"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri Kataloniyaya səfərindən sonra media nümayəndələrinin suallarını cavablandırıb və gələcək keçidi barədə fikirlərini bölüşüb.
Operativ Media xəbər verir ki, ispan futbolçu gəlişindən duyduğu məmnunluğu ifadə edərək prosesin gərgin keçdiyinə baxmayaraq, hər şeyin müsbət nəticələnməsindən xoşbəxt olduğunu bildirib.
Kataloniya təmsilçisində çıxış etməyin uşaqlıq arzusu olduğunu vurğulayan idmançı komanda yoldaşları ilə tezliklə görüşməyə səbirsizləndiyini qeyd edib. O, əksər oyunçuları artıq yaxşı tanıdığını diqqətə çatdırıb.
Rodri əsas hədəflərinin Çempionlar Liqası daxil olmaqla, iştirak edəcəkləri bütün turnirlərdə maksimum nəticə göstərmək üçün əlindən gələni etmək olduğunu əlavə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net