“Tvente” “Qarabağ”la əvvəlki oyunlarını xatırladı
Niderlandın "Tvente" klubu UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycanın "Qarabağ" komandası ilə keçiriləcək oyunlar öncəsi iki kollektiv arasındakı rəqabət tarixçəsini xatırladıb.
Operativ Media xəbər verir ki, Niderland təmsilçisinin rəsmi saytında Ağdam klubunun onlara yaxşı bələd olduğu, ümumilikdə isə bu komandaların avrokuboklarda üçüncü dəfə üz-üzə gələcəyi bildirilib.
Tərəflər arasında ilk matçın bundan düz 17 il əvvəl "Grolsch Veste" stadionunda baş tutduğu qeyd olunub. Həmin görüşdə Azərbaycan təmsilçisi hesabı açsa da, Brayan Ruisin dublu və Duqlasın qolu niderlandlılara 3:1 hesablı qələbə qazandırıb, cavab oyununda isə qapılara qol vurulmayıb və "Tvente" Avropa Liqasının qrup mərhələsinə adlayıb. 2014-cü ilin avqustunda isə püşkatma nəticəsində rəqiblər yenidən bir-biri ilə qarşılaşıblar; Bakıdakı ilk matçda qol qeydə alınmayıbsa, Enschede şəhərindəki cavab görüşü 1:1 hesabıyla bitib və səfər qolları qaydasına əsasən Azərbaycan təmsilçisi qrup mərhələsinə vəsiqə qazanıb. Həmçinin, əvvəlki mövsümün hazırlıq dönəmində Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində eyni gündə baş tutan iki yoxlama matçında komandalar hərəyə bir qələbə qazanıblar (2:3, 2:1).
dəqiqələr içində saytın olsun.