Menyu

Binəqədi rayonunda istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb - YENİLƏNİB 2

Operativ Media
Binəqədi rayonunda istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb - YENİLƏNİB 2
1 dəq oxu

Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə baş vermiş yanğın tam söndürülüb.

Operativ Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

14:18

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

FHN-dən Operativ Media-ya verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

13:02

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Operativ Media-ya verilən məlumaya görə, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Əlaqəli Xəbərlər