Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
Operativ Media
Avqustun 19-da Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib.
Operativ Media ACF-ə istinadən xəbər verir ki, cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan imtahanda V–XI siniflər üzrə 40 şagird iştirak edib. İmtahan Azərbaycan Cüdo Federasiyasının Təhsil şöbəsinin mütəxəssisləri tərəfindən aparılıb.
Qəbul prosesi fiziki və texniki hazırlıq olmaqla iki mərhələdən ibarət olub. Əvvəlcə şagirdlərin fiziki hazırlığı qiymətləndirilib. Bu mərhələdə “məqbul” nəticə göstərən 20 nəfər liseyin cüdo bölməsinə qəbul edilib.
Qeyd edək ki, növbəti qəbul imtahanı avqustun 27-də keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net