Menyu

Ağır məktəb çantaları uşaqların onurğasına necə təsir edir?

Ayşən Sadıxzadə
Ağır məktəb çantaları uşaqların onurğasına necə təsir edir?

Məktəb çantasının həddindən artıq ağır olması uşağın dayaq-hərəkət sisteminə əlavə mexaniki yük yaradır. Uşaq ağır yükü kompensasiya etmək üçün bədənini önə əyə, çiyinlərini dəyişə və yerişini fərqli şəkildə təşkil edə bilər. Bu isə xüsusilə uzun müddət və hər gün təkrarlanarsa, boyun, çiyin və bel əzələlərində gərginliyin, yorğunluğun və ağrıların yaranmasına səbəb ola bilər.

Bu sözləri Operativ Media-ya fizioterapevt Əziz Dərvişov deyib. 

O bildirib ki, burada əsas məsələ yalnız çantanın ağır olub-olmaması deyil, çantanın uşağın bədəninə uyğunluğu, düzgün tənzimlənməsi və necə daşınmasıdır. Çantanın hər iki çiyində daşınması, qayışların düzgün nizamlanması və ağırlığın çanta daxilində bərabər paylanması uşağın duruşuna düşən yükü azaltmağa kömək edir:

“Valideynlər uşağın çantasını mütəmadi olaraq nəzərdən keçirməli, lazımsız əşyaları çıxarmalı və xüsusilə çanta daşınarkən uşağın duruşuna diqqət etməlidirlər.

Sağlam onurğa yalnız ağrı yarananda deyil, uşaqlıqdan qorunmalıdır. Düzgün çanta seçimi və düzgün daşınma uşağın gündəlik həyatında kiçik görünən, lakin sağlamlığı üçün əhəmiyyətli bir detaldır”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər