İran ABŞ-nin iqtisadi təzyiqini qlobal maliyyə sisteminə təhdid adlandırıb
Nicat Hüseynli
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin İrana qarşı elan etdiyi iqtisadi təzyiq siyasətinin qlobal iqtisadiyyat və maliyyə sistemi üçün təhlükə yaratdığını bildirib.
Operativ Media xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın İrana qarşı “iqtisadi müharibə və təcrid” siyasəti barədə açıqlamaları Vaşinqtonun daxili problemlərindən diqqəti yayındırmaq məqsədi daşıyır.
Əraqçi ABŞ-nin yüksək dövlət borcu və artan faiz dərəcələri ilə üzləşdiyini qeyd edib.
İranın xarici işlər naziri Vaşinqtonun siyasətini “maliyyə terrorizmi” adlandıraraq bunun qlobal iqtisadiyyatı və dünya ölkələrinin suverenliyini təhdid etdiyini vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net