Menyu

Asfalt yol niyə qəfil bitir? - VİDEO

Nicat Hüseynli
Asfalt yol niyə qəfil bitir? - VİDEO

Qaradağ rayonunun Lökbatan qəsəbəsində asfalt yolun qəfil bitməsi sürücülər və sakinlər üçün narahatlıq yaradıb. Xəbərdarlıq nişanının və işıqlandırmanın olmaması xüsusilə gecə saatlarında qəza riskini artırır.

Operativ Media "ATV Xəbər"ə istinadən xəbər verir ki, söhbət Lökbatan qəsəbəsinin 6-cı massivində yerləşən Rasim Məmmədov küçəsindən gedir.

Sakinlərin sözlərinə görə, yolun bitdiyi hissədə sürücüləri əvvəlcədən xəbərdar edən nişan yoxdur. Ərazinin işıqlandırılmaması isə gecə vaxtı yolun harada başa çatdığını müəyyənləşdirməyi çətinləşdirir.

Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət edilib. Bildirilib ki, sözügedən yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansındadır və ərazidə asfalt örtüyü təxminən 3-4 il əvvəl salınıb.

İcra hakimiyyətindən qeyd olunub ki, yayımlanan video görüntülərdən sonra məsələ nəzarətə götürülüb və aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi üçün məsələ qaldırılıb.

Ətraflı videoda:

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər