Menyu

Suraxanı rayonunda 38 yaşlı kişi qətlə yetirilib

Operativ Media
Suraxanı rayonunda 38 yaşlı kişi qətlə yetirilib

Sentyabrın 27-i saat 04 radələrində Suraxanı rayonu ərazisində 1984-cü il təvəllüdlü Əfqan Qədəşovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Suraxanı rayon Prokurorluğundan "Operativ media"ya məlumat verilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1986-cı il təvəllüdlü Səbuhi Zülalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Əfqan Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Səbuhi Zülalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər