Menyu

Komando hərbi hissəsində taktiki-xüsusi təlim keçirilib-VIDEO

Nərmin Qocamanlı
Komando hərbi hissəsində taktiki-xüsusi təlim keçirilib-VIDEO

 

Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissəsinin şəxsi heyəti ilə taktiki-xüsusi təlim keçirilib.

"Operativ Media" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Təlimin planına uyğun olaraq əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib. Mümkün təxribatın qarşısının alınması məqsədilə komandolar daimi dislokasiya məntəqəsini tərk edərək əməliyyat rayonu istiqamətində hərəkət ediblər. Əməliyyat rayonunun dərinliyinə sızan komandolar şərti düşmənin müvəqqəti sığınacaqlarının müəyyən olunaraq mühasirəyə alınması və zərərsizləşdirilməsi tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər.

Keçirilən təlimdə əsas diqqət şəxsi heyətin dağlıq ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsinə, atıcı silahlardan istifadəetmə bacarıqlarının artırılmasına, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər