AZAL-ın strukturundə dəyişiklik edilib
Nərmin Qocamanlı
Nazirlər Kabineti “Azərbaycan Hava Yolları” QSC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 30 aprel 2008-ci il tarixli qərarında dəyişiklik edib.
"Operativ Media" xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, AZAL-ın İdarə Heyətinin (İH) tərkibi 7 nəfərdən — Cəmiyyətin prezidenti, iki birinci vitse-prezidenti və dörd vitse-prezidentlərindən ibarətdir.
İndiyə qədər isə İH-nin tərkibi 7 nəfərdən — Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net