Menyu

DİN: DİN: İcazəsiz aksiya keçirilməsinin qarşısı alınıb, bir nəfər saxlanılıb

Nərmin Qocamanlı
DİN: DİN: İcazəsiz aksiya keçirilməsinin qarşısı alınıb, bir nəfər saxlanılıb

Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiyanın qarşısı alınıb, bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Operativ Media"nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16 radələrində bir qrup şəxs BŞİH-in binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.

Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.

Lakin iştirakçılardan sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş R.Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq ərazi polis bölməsinə gətirilib.

Hazırda müvafiq araşdırmalar aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər