Menyu

İsrail ordusu: Livandan daha 20 mərmi atılıb

İsrail ordusu: Livandan daha 20 mərmi atılıb

"Livandan İsrailə doğru daha 20 mərmi atılıb. Buna cavab olaraq Livan ərazisinə artilleriya atəşi açılıb". 

"Operativ Media" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"Qərbi Qalileydə həyəcan siqnalları ilə bağlı ilkin hesabatdan sonra Livan ərazisindən İsrail ərazisinə doğru 20-yə yaxın atış qeydə alınıb. İsrail Müdafiə Qüvvələri atəşin açıldığı mənbələrə artilleriya atəşi ilə cavab verib", - məlumatda əlavə edilib.

Bundan bir qədər əvvəl ordunun mətbuat xidməti Livan tərəfdən altı raket atıldığını, onlardan beşinin yaşayış olmayan əraziyə düşdüyünü, birinin isə hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib. Ordunun məlumatına görə, bu hücumdan sonra İsrail hərbçiləri Livan ərazisinə cavab atəşi açıblar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər