İsrail Hizbullahın müşahidə məntəqəsinə zərbə endirib
İsrail ordusuna məxsus təyyarə Livan sərhədi yaxınlığındakı Tziporen bölgəsinə raket atılmasına cavab olaraq Hizbullahın müşahidə məntəqəsinə zərbələr endirib.
"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Bir müddət əvvəl Tziporen bölgəsinə tank əleyhinə raketlər atılıb. Buna cavab olaraq IDF təyyarələri Hizbullahın müşahidə məntəqəsinə hücum edib", - bəyanatda deyilir.
"Bundan əlavə, terrorçular Turmus və Şuşan (Livan sərhədi yaxınlığında yerləşir - red.) ərazilərinə tank əleyhinə raketlər atıblar. İsrail ordusu buraxılış məntəqələrinə tank və artilleriya atəşi ilə cavab verir", - ordunun məlumatında əlavə edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net