Putin: Fələstin dövlətinin yaradılması münaqişənin həllinin açarıdır
"Moskvanın Fələstin-İsrail nizamlanması ilə bağlı mövqeyi heç vaxt eqoist olmayıb, problemin həllinin açarı Fələstin dövlətinin yaradılmasındadır".
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Dağıstandakı vəziyyətlə bağlı görüşdə vurğulayıb
"Bizim Yaxın Şərqdəki vəziyyətə yanaşmamızda Qərbdən fərqli olaraq heç vaxt şəxsi maraq və ya intriqa olmayıb", - Putin qeyd edib.
"Biz öz mövqeyimizi açıq bəyan etmişik və bəyan edirik, bu, ildən-ilə dəyişmir: münaqişənin həllinin açarı suveren, müstəqil, tam hüquqlu Fələstin dövlətinin yaradılmasındadır", - Putin vurğulayıb.
"Biz bu barədə həm Fələstin, həm də İsrail rəhbərliyi ilə açıq, dürüst şəkildə dəfələrlə danışmışıq", - Rusiya lideri bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net