Səbaildə ata 2 yaşlı oğlunu bıçaqlayıb
Nərmin Qocamanlı
Səbail rayonunda 2 yaşlı uşağın bıçaqlanması ilə bağlı bağlı polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən "Operativ Media"ya bildirilib ki, noyabrın 23-də saat 20 radələrində Y.Mürsəlov küçəsində evlərin birində Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.
Faktla əlaqədar CM-nin 126-cı maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net