Husilər qaçırılan gəmiyə basqın anının görüntülərini paylaşıb
İranın dəstəklədiyi Husilər ötən gün Qırmızı Dənizdə qaçırdıqları gəminin görüntülərini paylaşıb.
"Operativ Media" xəbər verir ki, Husi silahlıları hərbi helikopterlə Baham adaları bayrağı altında üzən “Qalaksi Lider” gəminin göyərtəsinə enib və 25 nəfər heyət üzvünü girov götürüblər. Görüntülərdə silahlıların Husilərin “Amerika və İsrailə ölüm” şüarını səsləndirdikləri eşidilir. Qeyd edək ki, İran gəmiyə hücumla bağlı ittihamları rədd edib və bu məsələ ilə əlaqəsinin olmadığını açıqlayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net