Türkiyədə 5,2 və 4,7 maqnitudada ardıcıl zəlzələlər olub
Türkiyənin Malatya vilayətinin Battalqazi rayonunda 5,2 maqnitudada zəlzələ olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, saat yerli vaxtla 17:46-da Malatyanın Battalqazi rayonunda 5,2 maqnitudada zəlzələ baş verib.
Zəlzələ 6,99 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələdən sonra episentri Battalqazi rayonu olan 4,7 maqnitudada ikinci zəlzələ olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net