Paşinyan: Rusiya Ermənistana silah və texnika tədarükünü gecikdirir
Nərmin Qocamanlı
"Rusiya Ermənistana silah və texnika tədarükünü gecikdirir".
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan canlı yayımda vətəndaşların suallarını cavablandırarkən bildirib:
"Ermənistan silah almaq üçün Rusiya ilə 500 milyon dollarlıq müqavilə imzalayıb. Müqaviləyə əsasən Rusiyaya ilkin olaraq 400 milyon dollar ödənilib".
Paşinyan bildirib ki, Rusiya nə pulu qaytarıb, nə də silahları vaxtında verib.
Ermənistan həmin pulun bir hissəsini Rusiyaya olan dövlət borcundan silməyi planlaşdırır.
Paşinyan bildirib ki, ola bilər indi Rusiyanın özünə silah lazımdır, bununla bağlı müzakirələr davam edəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net