Menyu

İsrail Qəzzada əməliyyatın üçüncü mərhələsinin başladığını elan edib

İsrail Qəzzada əməliyyatın üçüncü mərhələsinin başladığını elan edib

"İsrail ordusu Qəzza zolağında quru əməliyyatının üçüncü mərhələsinə daxil olub və hazırda anklavın cənub hissəsindəki ən böyük şəhər olan Xan Yunis ərazisini mühasirəyə alır". 

"Operativ Media" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib.

"Müharibənin başlamasından 60 gün sonra qoşunlarımız hazırda Qəzza zolağının cənubundakı Xan Yunis ərazisini mühasirəyə alır. Eyni zamanda, biz Qəzza zolağının şimalında əldə etdiyimiz nöqtələrdə möhkəmlənməyə davam edirik", - o deyib.

"Biz quru əməliyyatlarının üçüncü mərhələsinə keçdik. Qəzza zolağının şimalında HƏMAS-ın bir çox dayaq məntəqələrini ələ keçirdik, indi isə onların cənubdakı qalalarına qarşı əməliyyat aparırıq", - Halevi əlavə edib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər