Menyu

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib

Operativ Media
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, hadisə rayonun Talıstan altı adlanan ərazisində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı avtomobillə “Kia” markalı avtomobil toqquşub.

Qəza nəticəsində Bakı sakinləri, 1959-cu il təvəllüdlü Lətifət Məmmədova və 1996-cı il təvəllüdlü İbrahim Məmməli, həmçinin İsmayıllı sakinləri, 1959-cu il təvəllüdlü Cavid Süleymanov, 2011-ci il təvəllüdlü Fatimə Zəhra Vahabzadə və 1984-cü il təvəllüdlü Sahil Məmmədov ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər