Rəisi beynəlxalq həbs qorxusundan Isveçrəyə səfərini ləğv edib
İran prezidenti beynəlxalq həbs qorxusundan İsveçrəyə səfərini ləğv edib.
"Operativ Media" xəbər verir ki, ölkə başçısı 1980-ci illərdə İranda baş vermiş insanlığa qarşı cinayətə görə məsuliyyətə cəlb olunacağından ehtiyatlanaraq Cenevrəyə səfərini son anda təxirə salıb. Onun yerinə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Cenevrədə BMT-nin Dünya Qaçqınlar Forumunda iştirak edəcəyi gözlənilir. Lakin İran hökuməti bu barədə açıqlama verməyib. Cenevrədə yaşayan iranlılar İbrahim Rəisinin səfərinin ləğv edilməsinə nail olduqları üçün qələbə aksiyası keçiriblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net