Menyu

Ağ Ev: İsrail Qəzzada döyüşlərin intensivliyini azaltmağın zəruriliyini başa düşür

Ağ Ev: İsrail Qəzzada döyüşlərin intensivliyini azaltmağın zəruriliyini başa düşür

"İsrail hakimiyyəti Qəzza zolağında döyüşlərin intensivliyini azaltmağın zəruriliyini başa düşür və bunun nə vaxt baş verəcəyinə dair qərar verməlidir". 

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

"İsraillilər döyüşün fərqli bir mərhələsinə keçmək zərurətini dərk etdiklərini deyirlər", - deyə Kirbi bildirib.

O, əsirlərin dəyişdirilməsinin və bu məqsədlərə başqa yollarla nail olunmasının hərbi əməliyyatlarda standart təcrübə olduğunu vurğulayıb.

"Onlar başa düşürlər və deyirlər ki, hazırda apardıqları yüksək intensivlikli əməliyyatlardan daha az intensivliyə keçməli olacaqlar. Bunun nə vaxt baş verəcəyinə qərar vermək onların işidir", - Ağ Evin sözçüsü bildirib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər