Çin ABŞ-nin beş hərbi-sənaye şirkətinə qarşı sanksiya tətbiq edəcək
Nərmin Qocamanlı
Çin Tayvana Amerika silahları tədarük edən ABŞ hərbi-sənaye kompleksindəki beş şirkətə sanksiya tətbiq etmək qərarına gəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Birləşmiş Ştatlar vahid Çin prinsipini və üç Çin-ABŞ birgə kommünikesinin müddəalarını kobud şəkildə pozub, Tayvana silah satıb və müxtəlif bəhanələrlə Çin müəssisə və şəxslərinə qeyri-qanuni birtərəfli sanksiyalar tətbiq edib ki, bu da Çinə ciddi ziyan vurub. Suverenlik və təhlükəsizlik maraqları və Tayvan boğazında sülh və sabitliyi, həmçinin Çin müəssisələrinin və şəxslərinin qanuni hüquq və mənafelərini kobud şəkildə pozur”, - departamentin bəyanatında deyilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net