Menyu

Politico: Bayden İordan çayının qərb sahilində yəhudi məskənlərini hədəf alan fərman verəcək

Politico: Bayden İordan çayının qərb sahilində yəhudi məskənlərini hədəf alan fərman verəcək

"ABŞ prezidenti Co Bayden tezliklə İordan çayının qərb sahilində bu ərazidə mülki fələstinlilərə hücumlarda iştirak edən yəhudilərə qarşı fərman imzalamaq niyyətindədir". 

"Operativ Media" xəbər verir ki, bu barədə "Politico" qəzeti müvafiq sənədlərə, amerikalı mənbəsinə və Konqresdəki qaynağına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, fərman cümə axşamı imzalana bilər. Bundan sonra ABŞ administrasiyası İordan çayının qərb sahilində zorakılıqda iştirak edənlərə qarşı sanksiyaların tətbiq edildiyini, bunun nəticəsində çoxlu fələstinlinin öldürüldüyü və ya evlərini tərk etməyə məcbur edildiyini elan edəcək.

"Politico" qeyd edir ki, bu tədbir İsrailin Qəzza zolağındakı hərəkətləri ilə bağlı kifayət qədər sərt mövqe tutmadığı üçün Bayden administrasiyasına edilən təzyiqlər fonunda həyata keçiriləcək.


 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər