Menyu

Türkiyədə 6 nəfər "Çinə casusluq etmək" ittihamı ilə həbs edilib

Türkiyədə 6 nəfər "Çinə casusluq etmək" ittihamı ilə həbs edilib

"Türkiyə hakimiyyəti "Çin kəşfiyyatının xeyrinə Türkiyədə yaşayan uyğurlara qarşı casusluq etməkdə" şübhəli bilinən 6 nəfəri həbs edib, polis daha bir şübhəlini axtarır".

"Operativ Media" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

"İstanbul prokurorları "Türkiyədəki uyğur icmasının tanınmış üzvləri və onların bəzi dərnəkləri haqqında məlumat topladığı" güman edilən 7 nəfəri müəyyən edib. Türkiyədə təxminən 50.000 uyğur yaşayır ki, bu da Mərkəzi bölgədən kənarda ən böyük uyğur əhalisidir", - məlumatda qeyd edilib.

Ankara bir neçə ildir ki, Pekini uyğurlara zülm etməkdə ittiham edir. Çin ona qarşı irəli sürülən ittihamları rədd edir.
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər