Husilər Ədən körfəzində ABŞ esminesinə və ticarət gəmisinə hücum edib
Yəmənin üsyançı Husilər hərəkatı Ədən körfəzində Islander ticarət gəmisinə, həmçinin Qırmızı dənizdə ABŞ-nin esminesinə hücum edib.
"Operativ Media" xəbər verir ki, bunu təşkilatın hərbi nümayəndəsi Yəhya Səriyə deyib.
"Yəmən donanması bir neçə gəmi əleyhinə raketin köməyi ilə Ədən körfəzində Britaniyanın "Islander" gəmisinə qarşı əməliyyat keçirib. Qırmızı dənizdəki Amerika esminesi bir neçə pilotsuz təyyarənin köməyi ilə hücuma məruz qalıb", - deyə Səriyə Husilərə məxsus "Al Masirah" telekanalına bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net