Menyu

ABŞ: Şimali Koreya ilə sanksiyaların yumşaldılması perspektivlərini müzakirə etməyə hazırıq

ABŞ: Şimali Koreya ilə sanksiyaların yumşaldılması perspektivlərini müzakirə etməyə hazırıq

ABŞ KXDR ilə Pxenyana qarşı sanksiyaların yumşaldılması perspektivlərini və risklərin azaldılması imkanlarını müzakirə etməyə hazırdır.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisinin müavini, eyni zamanda ABŞ-nin Şimali Koreya üzrə yüksək rütbəli rəsmisi Conq Pak bildirib.

Onun sözlərinə görə, Vaşinqton Pxenyanla dialoq istəyir: "Biz Şimali Koreya ilə səhv hesablama və ya təsadüfən eskalasiya riskini azaltmaq üçün riskin azaldılması da daxil olmaqla bir çox müzakirələr apara bilərik. Həmçinin sanksiyalar, etimadın möhkəmləndirilməsi və ya humanitar əməkdaşlıq haqqında da danışa bilərik". 

Eyni zamanda o, ABŞ-nin hələ də Koreya yarımadasının nüvəsizləşdirilməsinə nail olmağa çalışdığını təsdiqləyib: "Siyasət dəyişməyib. Bizim məqsədimiz Koreya yarımadasının tam nüvəsizləşdirilməsidir".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər