Menyu

Avropa İttifaqı Rusiyanın aktivlərinin Ukrayna üçün istifadəsini dəstəkləyib

Avropa İttifaqı Rusiyanın aktivlərinin Ukrayna üçün istifadəsini dəstəkləyib

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya silah tədarükü üçün istifadə edilməsi ideyasını dəstəkləyiblər, lakin yekun qərarın qəbulu hələlik təxirə salınıb. 

"Operativ Media" xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Xosep Borell icmaya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

"Bugünkü müzakirədən sonra mən güclü dəstək gördüm. Bəzi ölkələr daha çox təfərrüat istəyirlər, lakin ümumilikdə aktivlərdən əldə edilən gəlirləri götürmək və Ukraynanın maraqları üçün istifadə etmək ideyasına güclü dəstək var. Deyə bilmərəm ki, birlik var idi, belə bir qərarın qəbulu ilə bağlı güclü konsensus var", - Borell bildirib. 

O qeyd edib ki, yekun qərar hələ qəbul edilməyib, lakin 21-22 martda keçiriləcək Aİ sammitindən əvvəl və ya bu sammit zamanı təsdiqlənə bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər