Moskvadakı terror aktını törədənlərin rus vətəndaşı olduğu bildirilib
Nərmin Qocamanlı
"Crocus City Hall"da terror aktı törətməkdə şübhəli bilinərək saxlanılanların Rusiya vətəndaşları olduğu bildirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, şübhəli bilinənlərdən biri dindirilmə zamanı cinayəti 500 min rubl müqabilində törətdiyini deyib.
İstintaq Komitəsinin obyektlərə ilkin baxışının nəticələrinə görə, hücum edənlər avtomat silahdan istifadə ediblər. Bundan əlavə, araşdırma zamanı məlum olub ki, terrorçular yaralılar da daxil olmaqla tamaşaçıların yerləşdiyi konsert salonu binasını yandırmaq üçün yanar mayedən də istifadə ediblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net