Menyu

Moskvadakı terror aktını törədənlərin rus vətəndaşı olduğu bildirilib

Nərmin Qocamanlı
Moskvadakı terror aktını törədənlərin rus vətəndaşı olduğu bildirilib

"Crocus City Hall"da terror aktı törətməkdə şübhəli bilinərək saxlanılanların Rusiya vətəndaşları olduğu bildirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, şübhəli bilinənlərdən biri dindirilmə zamanı cinayəti 500 min rubl müqabilində törətdiyini deyib.

İstintaq Komitəsinin obyektlərə ilkin baxışının nəticələrinə görə, hücum edənlər avtomat silahdan istifadə ediblər. Bundan əlavə, araşdırma zamanı məlum olub ki, terrorçular yaralılar da daxil olmaqla tamaşaçıların yerləşdiyi konsert salonu binasını yandırmaq üçün yanar mayedən də istifadə ediblər.

Teqlər:

"Moskvadak\u0131 terror akt\u0131n\u0131 t\u00f6r\u0259d\u0259nl\u0259rin rus v\u0259t\u0259nda\u015f\u0131 oldu\u011fu bildirilib"

Əlaqəli Xəbərlər