Menyu

BMT: Qəzzada dinc sakinlər üçün təhlükəsiz yer qalmayıb

BMT: Qəzzada dinc sakinlər üçün təhlükəsiz yer qalmayıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrail əsgərlərinin 2 fələstinli mülki vətəndaşı öldürərək cəsədlərini quma basdırdığını göstərən görüntülərin araşdırılması lazım olduğunu bildirib və Qəzzada dinc sakinlər üçün təhlükəsiz yer qalmayıb deyib.

"Operativ Media" xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

İki fələstinli mülki şəxsin öldürüldüyü və cəsədlərinin qumda basdırıldığı görüntülərini gördüklərini ifadə edən Düjarrik qeyd edib: "Əlbəttə, görüntüləri təsdiq edə bilmərik, amma şokedici bir hadisədir".

"Əl-Cəzirə" kanalında yayımlanan görüntülərdə İsrail əsgərlərinin Qəzza zolağının şimalında evlərinə qayıtmağa çalışan iki fələstinlini atəş açaraq öldürdüyü görünür.

Xəbərdə İsrail əsgərlərinin 2 fələstinlini buldozerlərlə sürüyərək cəsədlərini quma basdırdığı bildirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər