Menyu

İlon Mask bəşəriyyətin süni intellektə görə ölməsi ehtimalını açıqlayıb

Nərmin Qocamanlı
İlon Mask bəşəriyyətin süni intellektə görə ölməsi ehtimalını açıqlayıb

"Süni intellekt (AI) bəşəriyyət üçün ölümcül təhlükə ola bilər".

"Operativ Media" xəbər verir ki, bunu özəl sammitlərdən birində “SpaceX” şirkətinin qurucusu İlon Mask deyib.

O bildirib ki, nəzarətdən kənar süni intellektə görə apokalipsis ehtimalı təxminən 10-20% təşkil edir.

Eyni zamanda Mask hesab edir ki, bu texnologiyanın üstünlükləri onun mənfi cəhətlərini üstələyir. Lakin o, bu hesablamalarına necə gəldiyini dəqiqləşdirməyib.

Mask süni intellektin inkişafı üçün xAI şirkətini qursa da, bu sahənin ciddi tənzimlənməsinin tərəfdarıdır.

Mütəxəssislər isə hesab edirlər ki, Mask hətta riskin miqyasını düzgün qiymətləndirməyib. Bəziləri həmin rəqəmlərin 99%-ə çatdığı qənaətindədir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər