Qazaxıstanda daşqın nəticəsində 1500 evi su basıb
Nərmin Qocamanlı
Qazaxıstanın 5 vilayətində güclü yağışlı qışdan sonra temperaturun artması səbəbindən qar qəfil əriyib və nəticədə daşqın yaranıb.
"Operativ Media" xəbər verir ki, Qazaxıstan Baş naziri Oljas Bektenov qar sularının kəndlərə aşması nəticəsində 1500-ə yaxın evin su altında qaldığını bildirib.
Onun sözlərinə görə, bəzi rayonlarda nəqliyyat infrastrukturu da zədələnib.
Fövqəladə hallar nazirinin müavini Baurcan Sızdıkov isə mərkəzi, şimal və şərq hissələrində çayların daşması təhlükəsinin olduğunu diqqətə çatdırıb.
Sızdıkov indiyədək kənd yerlərindən 6 min 187-si uşaq olmaqla 15 min 786 nəfəri təxliyə etdiklərini açıqlayıb.
O qeyd edib ki, 50 kəndə gediş-gəlişin kəsilib, bu yaşayış məntəqələrinə vertolyotlarla qida və dərman göndərilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net