Ermənistan vətəndaşlarının 75%-i Paşinyanın fəaliyyətini mənfi qiymətləndirir
Nərmin Qocamanlı
Ermənistandakı “GALLUP Beynəlxalq Assosiasiyası”nın həqiqi üzvü, MPG MMC-nin direktoru Aram Navasardyan bu gün jurnalistlərlə söhbəti zamanı ER baş naziri Nikol Paşinyanın fəaliyyəti ilə bağlı vətəndaşlar arasında keçirilən sorğunun nəticələrini təqdim edib.
"Operativ Media" "Tert.am"a istinadən xəbər verir ki, buna əsasən, vətəndaşların 75%-i Paşinyanın işini mənfi, yalnız 8%-i müsbət qiymətləndirib.
Məlumata görə, sorğu martın 27-29-da keçirilib. Sorğularda 1101 nəfər iştirak edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma