İran Dəməşqdəki konsulluğuna hücuma görə ABŞ-nin məsuliyyət daşıdığını bildirib
İsrail İranın Dəməşqdəki konsulluğuna hücumda Amerika təyyarələri və raketlərindən istifadə edib və bu hücuma görə ABŞ məsuliyyət daşıyıb.
"Operativ Media" xəbər verir ki, bu sözləri Dəməşqdə keçirdiyi mətbuat konfransında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
"Birləşmiş Ştatlar İsrailə bu cinayəti törətmək üçün yaşıl işıq yandırdı; onlar İran konsulluğuna edilən hava hücumuna görə məsuliyyətdən yayına bilməzlər", - deyə İran Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma