Gürcüstanda xarici agentlər haqqında qanun layihəsinin səsverməsi aprelin 17-nə təxirə salınıb
Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin səsverməsi aprelin 17-nə təxirə salınıb.
"Operativ Media" xəbər verir ki, bunu parlamentin sədri Şalva Papuaşvili plenar iclasın yekunlarına dair bəyanatında bildirib.
Papuaşvili qeyd edib ki, reqlamentə əsasən, plenar iclas yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 21:00) başa çatmalıdır. Qanun layihəsi ilə bağlı siyasi müzakirələr yekunlaşmadığı üçün aprelin 17-də onun davam etdirilməsi, daha sonra layihənin səsə qoyulması qərara alınıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma