Menyu

Sloveniyanın baş naziri: Fələstini dövlət kimi tanımaq niyyətindəyik

Sloveniyanın baş naziri: Fələstini dövlət kimi tanımaq niyyətindəyik

Sloveniya hakimiyyəti Fələstini bir dövlət kimi tanımaq niyyətindədir. 

"Operativ Media" xəbər verir ki, bunu Sloveniya hökumətinin başçısı Robert Qolob ispaniyalı həmkarı Pedro Sançeslə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

"Yeganə sual, müstəqil Fələstin dövlətinin tanınması üçün hansı məqamın daha uyğun olmasıdır", - Qolob deyib.

Onun sözlərinə görə, artıq söhbət Fələstinin tanınıb-tanınmamasından getmir: "Mən qəsdən tanınma vaxtı haqqında danışmaq istəmirəm, çünki bu, təkcə Sloveniya və İspaniyadan asılı deyil, bir sıra beynəlxalq amillərlə müəyyən edilir". Sloveniyanın baş naziri həmçinin Fələstinin tezliklə BMT-yə tam qəbul edilməsinə ümid etdiyini bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər