Qətərin Baş naziri: "Biz Yaxın Şərqdə gərginliyi azaltmağa çağırırıq"
Nərmin Qocamanlı
"Yaxın Şərq bölgəsi həssas şərtlərdən keçir. Biz bütün tərəfləri gərginliyi azaltmağa və bölgənin yeni bir münaqişə dövrünə sürüşməsinin qarşısını almağa çağırırıq".
"Operativ Media" xəbər verir ki, bunu Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani rumıniyalı həmkarı Marsel Çiolaku ilə Qətərin paytaxtı Dohada birgə mətbuat konfransında deyib.
HƏMAS və İsrail arasında atəşkəs və məhbus mübadiləsi danışıqlarına toxunan Əl Tani, təfərrüatları açıqlamadan, danışıqların həssas bir mərhələdən keçdiyini və bəzi problemlər olduğunu bildirib.
Qətərin baş naziri bəyan edib ki, ölkəsi Qəzza zolağında fələstinlilərin iztirablarına son qoymaq üçün bu fasilələri aradan qaldırmağa çalışır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net