Menyu

Dumanın komitə sədrinin müavini: Qarabağda artıq sülhməramlılara ehtiyac yoxdur

Nərmin Qocamanlı
Dumanın komitə sədrinin müavini: Qarabağda artıq sülhməramlılara ehtiyac yoxdur

Rusiya sülhməramlı kontingentinin Qarabağdakı missiyasını tam yerinə yetirilmiş hesab etmək olar.

 

"Operativ Media" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının müdafiə üzrə komitəsinin sədr müavini Aleksey Juravlyov deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağda missiyasının başa çatdığını demək olar:

“Dinc sakinləri qorumaq mümkün oldu, onlara yardım göstərildi. Hazırda sülhməramlılar lazım deyillər, çünki Qarabağda qarşı-qarşıya olan tərəflər yoxdur. Qarabağın Azərbaycana mənsub olması isə heç kimdə şübhə doğurmur”.

Qeyd edək ki, Azərbaycan və Rusiya rəhbərləri ölkədə müvəqqəti yerləşdirilən sülhməramlıların vaxtından əvvəl çıxarılması barədə qərar qəbul ediblər və Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması prosesi başlayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər