Menyu

Qaqauziya Kişinyovu hüquqlarını pozmaqda ittiham edib

Qaqauziya Kişinyovu hüquqlarını pozmaqda ittiham edib

Qaqauziya hakimiyyəti Kişinyovu "Qaqauziyanın xüsusi hüquqi statusu haqqında" qanunu pozmaqda ittiham edib.

"Operativ Media" xəbər verir ki, bu barədə muxtariyyət Xalq Məclisinin (Parlament) Moldova hakimiyyətinə, xarici səfirliklərə, həmçinin Aİ və ATƏT-ə göndərilmiş bəyanatında deyilir.

"Qaqauziya Xalq Assambleyası bu bəyanatla Moldova Respublikasının mərkəzi orqanlarının məhkəmə-hüquq sistemində islahatlar adı altında həyata keçirdikləri son antiqaqauz hərəkətləri ilə əlaqədar qəti etirazını və hiddətini bildirir. Bu hərəkətlər Qaqauz muxtariyyətinin dağıdılması və Qaqauz xalqının hüquqlarının pozulması, faktiki olaraq onları ədalət mühakiməsinə çatmaq imkanından məhrum etmək kimi anti-konstitusiya gündəmini qəsdən təbliğ etməkdir", - bəyanatda deyilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər