Gələn ilin sonundan sakinlərin Şuşaya köçürülməsinə başlanacaq
Operativ Media
Şuşaya 2023-cü ilin sonundan etibarən sakinlərin köçürülməsinə başlanacaq və ilkin olaraq 2500 sakinin geri dönməsi planlaşdırılır.
"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.
"Əhalinin qayıdışına hazır olmalıyıq. Gələn ildən biz sosial və turizm sektorunda məşğulluq üçün çalışacağıq. Şuşanın iqtisadi cəhətdən xüsusi profili var. Şuşada əsas məqsədimiz turizmdir".
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma