Türkiyə və Almaniya ikitərəfli ticarət həcmini 60 milyard dollara çatdırmağı hədəfləyir
Nərmin Qocamanlı
Türkiyə və Almaniya 50 milyard dollar olan ikitərəfli ticarət həcmini balanslı şəkildə 60 milyard dollara çatdırmağı hədəfləyir.
"Operativ Media" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə keçirdiyi mətbuat konfransında deyib.
O həmçinin, Almaniya ilə üdafiə sənayesində qarşılaşdıqları məhdudiyyətləri tamamilə gündəmidən çıxarmaq istədiyini vurğulayıb.
"Ümid edirik ki, Türkiyə və Almaniya bundan sonra əngəllərdən deyil, xüsusilə müdafiə sahəsində ortaq istehsal layihələrindən danışacaqlar. Terrorla mübarizədə Almaniya rəsmilərindən daha çox dəstək və həmrəylik gözlədiyimizi ifadə etdik", - deyə Türkiyə Prezidenti qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net