Ərdoğan Hollandiyanın Baş naziri Mark Rutteni qəbul edəcək
Nərmin Qocamanlı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda NATO-nun baş katibi vəzifəsinə namizəd olan Hollandiyanın baş naziri Mark Rutteni qəbul edəcək.
"Operativ Media" xəbər verir ki, Rutte Ərdoğandan NATO Baş Katibliyinə dəstək istəyəcək.
Qeyd edək ki, NATO Baş Katibliyinə namizəd olan Rutte martın 31-də prezident Ərdoğana zəng edərək namizədliyə dəstək istəyib. O, bu dəfə İstanbulda keçiriləcək görüşdə üzbəüz dəstək istəyəcək.
Görüşdə Türkiyə-Hollandiya münasibətləri və Avropa İttifaqına üzvlük prosesi də müzakirə olunacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net