Menyu

Ermənistanda Azərbaycan sərhədinin çəkilməsinə etiraz edən 31 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Ermənistanda Azərbaycan sərhədinin çəkilməsinə etiraz edən 31 nəfər saxlanılıb

Ermənistan polisi Tavuş bölgəsində yolu bağlayıb Azərbaycan sərhədinin demarkasiyasına etiraz edənləri saxlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kırants kəndindən 31 nəfər polis bölməsinə gətirilib. Ermənistan müxalifət qrupundan olan deputat Qarnik Danielyan hüquq-mühafizə orqanlarının məhbuslara qarşı güc tətbiq etdiyini bildirib. Saxlanılanlar arasında uşaqların da olduğunu qeyd edib.

Qeyd edə ki, aprelin sonunda Ermənistanda Azərbaycanla sərhədin çəkilməsinə qarşı çıxan etirazçılar İrana gedən magistral yolu bağlayıblar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər